“PAŞA Bank” Azərbaycanın aparıcı korporativ maliyyə institutu və real sektorun aparıcı qüvvəsidir. Bank, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla, əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir.
“PAŞA Bank”, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməklə yanaşı, həm də sosial məsuliyyətli korporativ bir vətəndaş kimi cəmiyyətin tərəqqisinə yönələn bir sıra təşəbbüslər həyata keçirir. Bu təşəbbüslərə İT sahəsinin inkişafına yönələn tədbirlərin keçirilməsi də daxildir.